Naxçıvan Muxtar Respublikasının magistral yollarında yol hərəkəti nişanlarının qeyri-standart vəziyyətdə asfalt üzərində qoyulması halları aradan qaldırılıb.
BUTA.TV xəbər verir ki, muxtar respublikanın əsas magistral yollarında hərəkəti tənzimləyən yol nişanları standartlara uyğun olaraq şauqili vəziyyətə gətirilib.
Həmçinin baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə şəhər və rayon mərkəzlərinə, eləcə də kəndlərdə hərəkətin intensiv olduğu küçələrdə və ümumtəhsil məktəblərinin giriş-çıxışlarına müasir tipli tramplinlər quraşdırılır.
Artıq Naxçıvan şəhərinin bütün mərkəzi küçə və prospektlərində hərəkətin intensiv olduğu yerlərdə yol nişanların şauqili vəziyyətə gətirilməsi işi yekunlaşıb.
Qeyd edək ki, muxtar respublikada son vaxtlar avtomobillə qəza hallarının artması, hərəkəti tənzimləyən yol nişanlarının qeyri-standart vəziyyətdə asfalt üzərində qoyulması sürücülərdə və sakinlər arasında haqlı narazılıqlara səbəb olub. Buna görə də məsələ ilə bağlı artıq bir neçə aydır müvafiq işlərin aparılmasına başlanılıb. Əvvəl yol nişanlarının asfalt üzərində olması sürücülərin bu nişanları görməsində problemlər yaradırdı.
- Hesablama Palatasına yeni səlahiyyət verilir
- MM Ukrayna ilə bağlı bu müqaviləni ratifikasiya etdi
- Milli Məclisin iclası başladı
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
- Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!