İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra Emmanuel Makron qəzəblə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək bildirib ki, o, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Artur Torosyana istinadla erməni mediası yazıb.
Bildirilib ki, Makronun belə deməsinin səbəbi Qarabağın gələcəyi ilə yalnız onun maraqlanmasıdır, digərlərinin (Olaf Şolts, Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan) isə Qarabağla bağlı mövqeləri, demək olar ki, eynidir:
“Makrondan başqa hamı Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edib”.
Fransada nəşr olunan “ArmActu” nəşri Makronun “qəzəbinin səbəbini” daha ətraflı təqdim edib:
“Fransa Prezidenti Emmanuel Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyanla telefon əlaqəsi saxlaması barədə məlumat doğrudur. Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitində Moldovada erməni maraqlarını müdafiə edən yeganə şəxs olub. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın tərəfindədir. Paşinyan isə özünü çox özünəməxsus, çox qapalı və çox zəif göstərib.
Prezident (Makron- red.) təyyarəsinə minəndən dərhal sonra Murad Papazyana zəng edib. Makron sammitin (Kişinyovda keçirilən beştərəfli görüş – red.) keçirilməsindən çox narazı idi. O, praktiki olaraq sammitdə erməni maraqlarını müdafiə edən yeganə şəxs olub. Qarabağ ermənilərinin maraqlarının yeganə müdafiəçisi olmaq Prezident Makronu çox naqolay vəziyyətə salıb”.
Qeyd edilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ və anklavlar da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıdığını elan edib. Bu vəziyyətdə Makron görüşdə öz iddiaları ilə özünü pis vəziyyətə salıb.
- Şuşada IV Qlobal Media Forumu keçiriləcək
- Velosiped və skuter sürənlərin nəzərinə!
- 37 illik tarixin sonu - Fotolarda
- Azərbaycan Ermənistana 434 min avro ödəyib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
- Boşanma biabırçılığının qarşısını necə alaq? - Sosioloq
- Məğlubiyyətdən sonra Londonda iğtişaşlar törətdilər - Video