Putinlə avqustdakı görüşdə bir neçə gün əvvəl Ukraynaya köçürülən Azov komandirləri ilə bağlı məsələni müzakirə edəcəm.
BUTA.TV “Hürriyyət”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan müvafiq tələb olduğu üçün Azov komandirlərinin Ukraynaya təhvil verildiyini və bunun təmin edilməsini məqsədəuyğun hesab etdiklərini bildirib.
Ərdoğan qeyd edib ki, Rusiya əvvəlcə Türkiyə ilə bağlı müəyyən açıqlamalar verib, lakin Türkiyə tərəfi aydınlıq gətirəndən sonra ritorika dəyişib.
Xatırladaq ki, Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarması Rusiyada narazılığa səbəb olub. Belə ki, əsirlərin qaytarılması ilə bağlı şərtlərə görə, “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
- Sahil Babayev Kerem Bursinlə bir arada - Video
- Sabah çimərliyə getmək istəyənlərin diqqətinə!