Xərçəngin müalicəsində yeni kəşf

01:00 - 13 İyul 2023 - GÜNDƏM

 Xərçəngin müalicəsində yeni kəşf

Alimlərin xərçəngə qarşı hazırladığı yeni peyvənd sınaqdan keçirilən heyvanların 80 faizində şişi məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri məlumat verib.

Yeni dərman T-hüceyrələrinin immun reaksiyasını gücləndirir, həmçinin onların lazımi müalicəvi xüsusiyyətlərlə istehsal prosesinə başladığı bildirilir.

“Müalicə qlioblastoma və melanoma olan gəmiricilərin böyük əksəriyyətində xərçəngin yox olmasına gətirib çıxarıb. İndiyədək bərk şişlərdə immunoterapiyanın belə effektinə nail olmaq mümkün deyildi”, - məlumatda deyilir.

Hazırda alimlər müxtəlif növ şişlərin müalicəsini öyrənməyə və adaptasiya etməyə davam edir. Daha sonra terapiya insanlarda təhlükəsizlik və effektivlik baxımından qiymətləndiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol