Türkiyə 1000, 2000 lirəlik əsginasları təsdiqlədi

16:52 - 13 İyul 2023 - GÜNDƏM

 Türkiyə 1000, 2000 lirəlik əsginasları təsdiqlədi

Türkiyə Mərkəzi Bankı 500, 1000 və 2000 lirə nominalında yeni əsginasların, həmçinin 2,5, 5 və 10 türk lirəsi nominalında yeni sikkələrin dövriyyəyə buraxılmasına icazə verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Karar.com” məlumat yayıb.

“Xırda sikkələrin dövriyyədən çıxarılmasının mümkünlüyü nəzərdən keçirilir. Ən kiçik sikkə 1 lirə olaraq qalacaq. Yeni əsginasların milli valyutanın möhkəmlənməsi və iqtisadiyyatı yaxşılaşdıracağı gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı yeni əsginaslar üzərində işləyirdi. Yeni əsginasların rənginin mavi-firuzəyi olduğu bildirilsə də, dizayn və xüsusiyyətləri ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, indiyə qədər Türkiyədə ən böyük əsginaz 200 lirəlikdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol