Heç bir təxribat cavabsız qalmayacaq - Nazir

20:18 - 13 İyul 2023 - GÜNDƏM

 Heç bir təxribat cavabsız qalmayacaq - Nazir

Təxribatların törədilməsinin istənilən prosesə, görüşə və ya ümumilikdə danışıqlara yalnız mənfi təsiri ola bilər. Çünki onlar mühitə mənfi təsir göstərir, daha çox gərginlik yaradır və bunun istənilən halda geniş mənada mənfi təsiri var.

BUTA.TV xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Azərbaycanın çağırışı ondan ibarətdir ki, təxribatlardan çəkinmək lazımdır. Hər kəs, ilk növbədə, Ermənistan başa düşməlidir ki, heç bir təxribat cavabsız qalmayacaq və ən sərt formada cavablandırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol