Ermənistanın mina təhdidinə göz yummayın! - XİN

22:02 - 13 İyul 2023 - GÜNDƏM

 Ermənistanın mina təhdidinə göz yummayın! - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.

BUTA.TV xəbər verir ki, bu barədə XİN Tvitterdə paylaşım edib.

“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.

Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - tvitdə qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol