Azərbaycanla birlikdə ölkələrimizin təhlükəsizliyi naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra Tviterdə paylaşımda qeyd edib.
"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələr arasında bir çox sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinə dair ümumi istəyi müzakirə etdik. Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı", - Qallant bildirib.
- Azərbaycan Pakistana başsağlığı verdi
- Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN
- Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?
- Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video
- Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?
- Bu qətliam Rusiyanın məqsədyönlü siyasətidir – Professor