Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün saxlanılıb.
BUTA.TV xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan deyib.
“Balasanyan “xidmət orqanının nümayəndəsinə” və ya onun yaxın qohumuna “xidməti vəzifələrinin icrası” zamanı zor tətbiq etmə hədəsi ilə ittiham olunur. Saxlanıldıqdan sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb”, - o bildirib.
Qeyd edək ki, həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidmətinin” əməkdaşları Balasanyanın mənzilində 40 dəqiqə axtarış aparıblar. Onun oğlu isə 2021-ci ildə arıxanalar almaq üçün 74,5 milyon dram (187 min dollar) “dövlət krediti” almaqda, lakin şərtləri yerinə yetirməyərək “dövlətə” ziyan vurmaqda ittiham olunur.
- Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir
- Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi
- Seyfəddin Hüseynli Rusiyadakı qardaşlarının qətlindən danışdı
- Azərbaycan Pakistana başsağlığı verdi
- Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN
- Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı
- Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...
- Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?