Transformatorda yanan 50 yaşlı kişi öldü

11:44 - 14 İyul 2023 - GÜNDƏM

 Transformatorda yanan 50 yaşlı kişi öldü

Transformatorda yanan İsmayıllı sakini vəfat edib.

BUTA.TV xəbər verir ki, iyulun 6-da İsmayıllı rayonu Hacıhətəmli kənd sakini 1973-ci il təvəllüdlü Ceyhun Bədrəddin oğlu Qubadov transformatora girərək, ağır dərəcəli yanıq xəsarətləri alıb.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sakin vəziyyəti ağır olduğuna görə Bakıya göndərilib.

C.Qubadov bu gün Nərimanov Tibb Mərkəzində dünyasını dəyişib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol