Yaponiya raketinin sınağı zamanı partlayış baş verdi - Video

11:52 - 14 İyul 2023 - GÜNDƏM

 Yaponiya raketinin sınağı zamanı partlayış baş verdi - Video

Yaponiya poliqonunda “Epsilon-S” raketinin sınağı zamanı partlayış baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Akita prefekturasındakı poliqonda “Epsilon-S” kiçik raketinin mühərrikinin ikinci sınaqları zamanı olub.

“Hadisə cümə günü səhər testin başlamasından təxminən bir dəqiqə sonra baş verib. Sınaqlar Yaponiya Aerokosmik Agentliyi tərəfindən aparılıb”, - məlumatda bildirilib.

Qeyd olunur ki, “Epsilon” raketinin ilk buraxılışı 2013-cü ildə, növbəti 2016-cı ilin sonunda, üçüncü raket buraxılışı 2018-ci ilin yanvarında, dördüncü raket 2019-cu ilin yanvarında, beşinci isə 2021-ci ilin noyabrda uğurla həyata keçirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol