Bu ölkədə səfirliyimiz açılır: MM təsdiqlədi

12:02 - 14 İyul 2023 - GÜNDƏM

 Bu ölkədə səfirliyimiz açılır: MM təsdiqlədi

Milli Məclis Slovakiyada səfirlik açılmasını təsdiq edib.

BUTA.TV xəbər verir ki, parlamentin növbədənkənkənar sessiyasını bu gün keçirilən “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Müakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulub. İndiyə qədər Azərbaycanın Avstriyadakı səfirliyi həmçinin Slovakiyada da fəaliyyət göstərir.

Bundan başqa Slovakiayada Azərbaycanın Konsulluğu var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol