Hacı Madər: satıcılıqdan böyük biznesə yolun sonu...

13:32 - 14 İyul 2023 - GÜNDƏM

 Hacı Madər: satıcılıqdan böyük biznesə yolun sonu...

Xəbər verdiyimiz kimi, bu gün millət vəkili Madər Musayev vəfat edib.

BUTA.TV xəbər verir ki, cəmiyyətdə daha çox “Hacı Madər” kimi tanınan Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

O, Moskva Koperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, M.Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol