Kremlin Brüsselin vasitəçiliyindən narahatlığı Azərbaycana və Ermənistana qarşı yönəlib. Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı son bəyanatını oxuduqda söhbətin Azərbaycan ərazisindən deyil, sanki keçmiş Rusiya imperiyasına “aid” olan ərazidən getdiyi təsəvvürü yaranır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bəyanatda Ermənistanın baş nazirinə açıq-aşkar “tövsiyə” edilib ki, Brüsseli dinləmə və Qarabağı Azərbaycan ərazisi kimi tanıma. Kremlin bəyanat vasitəsilə bizə də mesajı var: “Laçın dəhlizini açın”. İki ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq xarici və təhlükəsizlik siyasətimizin ana maddəsi olmalıdır, başqa alternativimiz yoxdur!” – politoloq bildirib.
Xatırladaq ki, Rusiya XİN-in yaydığı bəyanata Azərbaycan XİN cavab verib və bunu qəbuledilməz adlandırıb.
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat
- Rusiyada azərbaycanlıların məhkəməsi başladı
- Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...
- Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir
- Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi