Lənkəranda polis əməkdaşı qəzada öldü

00:46 - 16 İyul 2023 - GÜNDƏM

 Lənkəranda polis əməkdaşı qəzada öldü

İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E.Süleymanov polis əməkdaşıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol