Niderlanddan gəlib, Bakıda müsəlman oldular… - Foto

21:56 - 16 İyul 2023 - GÜNDƏM

 Niderlanddan gəlib, Bakıda müsəlman oldular… - Foto

Niderlandda yaşayan ailənin övladları Timur və Emil Bakıda müsəlman olublar.

BUTA.TV xəbər verir ki, bu barədə dosent Zaur Əliyev məlumat yayıb.

O bildirib ki, Timur və Emil azərbaycanlı İlkanə Qoca və holland Robert van der Bergenin övladlarıdır.

İlkanə Qoca azərbaycanlıdır, Ağdamda doğulub. Uzun müddətdir Niderlandda yaşayır və orada da ailə qurub.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Van der Bergen də Azərbaycan həqiqətlərini müdafiə edən şəxsdir, 44 günlük savaşda haqqın yanında olub, ermənilərə qarşı təbliğat savaşında iştirak edib.

“Robert 44 günlük müharibədə Niderlanda çox böyük işlər görüb, ermənilər qarşısında sipər olub. Hər zaman da dediyi bir söz var: Mən həqiqəti müdafiə edirəm", - alim qeyd edib.

Z.Əliyevin sözlərinə görə, Bergen övladlarının azərbaycanlı olmasına görə fəxr edir, özünü də mənən azərbaycanlı hesab edir.

Bu gün bu ailə övladlarına Bakıda sünnət toyu edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol