Zelenski ruslara işləyən 10 min nəfəri cəzalandıracaq

23:46 - 16 İyul 2023 - GÜNDƏM

 Zelenski ruslara işləyən 10 min nəfəri cəzalandıracaq

Ukrayna Krımın azad edilməsindən sonra yarımadanın rus işğalçıları ilə əməkdaşlıq etmiş 10 minə yaxın sakinini məsuliyyətə cəlb edə bilər. Lakin işğalın qurbanı hesab etdiyi şəxsləri cəzalandırmayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Tamila Taşeva deyib.

O bildirib ki, yarımada rus qoşunları tərəfindən tutulduqdan sonra müxtəlif hesablamalara görə, ora Rusiyanın 500-800 min sakini köçüb:

"Buna görə də qanunsuz daxil olan bütün ruslar məcburi qovulmağa məruz qalacaqlar. Eyni zamanda, Kiyev qalanların sistematik qiymətləndirilməsini aparmağı planlaşdırır. Ukrayna vətəndaşı olanlar üçün 2014-cü ildən könüllü və ya təzyiq altında Rusiya vətəndaşlığını alıb-almamasından asılı olmayaraq, onlar bizim tərəfimizdən belə qəbul olunacaqlar. Söhbət deportasiyadan yox, məcburi qovulmadan gedir. İlhaqdan sonra ölkəyə qeyri-qanuni köçmüş Ukrayna vətəndaşı olmayanlara kütləvi deportasiyalar olmayacaq, lakin biz məsələni hər bir halda həll edəcəyik”.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol