Ümid edirik ki, taxıl sazişi uzadılacaq - Yılmaz

01:00 - 17 İyul 2023 - GÜNDƏM

 Ümid edirik ki, taxıl sazişi uzadılacaq - Yılmaz

Türkiyə hakimiyyəti iyulun 17-də müddəti bitəcək Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasına ümid edir.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdet Yılmaz bildirib.

“Biz sazişin yeni müddətə uzadılması üzərində işi davam etdiririk. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu mənada qiymətləndirilə bilər. Ümid edirəm ki, müsbət nəticələr olacaq”, - Yılmaz qeyd edib.

Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının avqustda Türkiyəyə səfərinin mümkünlüyünü açıqlamışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol