15-16 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku”nun oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, "Avrora Qrup"un baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə gerçəkləşən turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində keçirilib.
42 jurnalist, 6 komanda ilə baş tutan turnir gərgin oyunlarla yadda qalıb. Sonda komandalar arasında ən güclü “Şuşa” olub və birincilik kürsüsünə qalxıb.
Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
Zəfər Kuboku oyunları:
15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2
"Füzuli" - "Xankəndi" - 0:2
B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2
"Zəngilan" - "Şuşa" - 0:2
"Kəlbəcər" - "Zəngilan" - 2:0
16 iyul
Yarımfinallar
10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
- Ov tüfənglərinin saxlanması üçün xüsusi məntəqələr yaradılır?
- Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar