Yağış yağdı, Bakı yolları gölməçəyə çevrildi – Video

12:36 - 17 İyul 2023 - GÜNDƏM

 Yağış yağdı, Bakı yolları gölməçəyə çevrildi – Video

Səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan və yol kənarlarında quraşdırılan yağış barmaqlıqları müəyyən ötürücülük qabiliyyətinə malikdir və müəyyən miqdarda suyun ötürülməsi üçün nəzərdə tutulub.

Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Bakıya yağan yağışın yollarda gölməçələr yaratmasının səbəbləri haqda danışarkən deyib.

O, normadan artıq yağıntı olduğu zaman belə yığılmaların baş verdiyini qeyd edib:

“Barmaqlıqlardan eyni anda nəzərdə tutulandan artıq su daxil olduğu zaman yollarda yığılmalar olur. Bu da normaldır. Əsas məsələ isə intensiv yağışın azalandan, yaxud bitəndən sonra həmin suların yığılıb yolda qalmamasıdır. Dünyanın əksər böyük şəhərlərində güclü yağıntılar zamanı belə halları müşahidə etmək mümkündür”.

Bu xəbər hal-hazırda çox oxunur
Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol