Yevlaxda məktəbin vəzifəli şəxslərinə cinayət işi başlanılıb.
Bu barədə BUTA.TV-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı məktəbin vəzifəli şəxsləri tərəfindən 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan müddətdə faktiki olaraq işə gəlməyən və tədris olunmayan fənlərə görə əmək haqqı ödənilməsi, məktəbdə təhsil alan şagirdlərinin sayının olduğundan çox göstərilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 132 min manatdan artıq maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
- Hacıqabulda sərnişin avtobusu aşdı - 30-dan çox yaralı var
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Pensiya ilə bağlı vacib açıqlama
- Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar