Ərdoğan Ciddə şəhərinə gəldi

20:14 - 17 İyul 2023 - GÜNDƏM

 Ərdoğan Ciddə şəhərinə gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

BUTA.TV xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fatih Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi səfir Mehmet Mətin Əkər qarşılayıb.

Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşləri gözlənilir.

Onun şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol