Türkiyəli ifaçı İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs hava limanında hücuma məruz qalıb.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, ifaçı İstanbul hava limanında tanımadığı şəxslərlə münaqişə yaşayıb.
Dilan hadisə barədə məlumat verib:
"4 kişi üzərimə gəldilər. İş üçün telefonla danışırdım. Onlardan biri mənə "bağla çənəni, digəri isə dəqiq sən narkotik maddə istifadə edirsən" dedilər. Daha sonra iki nəfər də onlara qoşuldu. Polisi çağırdım, amma onlar gələnə kimi üstümə hücum etdikləri üçün əlimə keçən hər şeyi üstlərinə atdım. Dörd nəfərdən də hava limanının polis şöbəsində şikayətçi oldum. Biri şikayətimi geri çəkməyimi istədi, qəbul etmədim. Yenə də təhqir etməyə başladı".
- Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat