Gürcüstan və Özbəkistan arasında mühüm saziş imzalandı

22:56 - 17 İyul 2023 - GÜNDƏM

 Gürcüstan və Özbəkistan arasında mühüm saziş imzalandı

Özbəkistan Gürcüstan vasitəsilə Avropa və ABŞ-a yüklərin fasiləsiz daşınmasını təmin etmək niyyətindədir.

BUTA.TV xəbər verir ki, bu fikirlər Tiflisdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovun gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşündə səslənib.

Gürcüstan hökumət administrasiyasından verilən xəbərə görə, görüşdə Gürcüstanın tranzit potensialı və Orta dəhlizin beynəlxalq formatda təşviqinin vacibliyi müzakirə olunub. Söhbət zamanı tərəflər islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə, eləcə də iqtisadiyyat və ticarət əlaqələri sahəsində əməkdaşlıq potensialından tam istifadə etməyə hazır olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, 2021-2022-ci illərdə ikitərəfli ticarət dövriyyəsində əhəmiyyətli artım var. Gürcüstan Özbəkistanı mühüm tərəfdaş hesab edir, investisiyaların cəlb edilməsində əməkdaşlıqda maraqlıdır.

Qeyd edilib ki, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 160,1 milyon dollar təşkil edib.

Görüşün yekununda Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafı planını təsdiq ediblər. Həmçinin, iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.

Qeyd edək ki, Gürcüstan və Özbəkistan 1994-cü ilin avqustunda diplomatik əlaqələr qurub.

Daşkənddə Gürcüstan səfirliyi fəaliyyət göstərsə də, Özbəkistanın Gürcüstanda səfirliyi açılmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol