Tanınmış bloger Endryu Teyt Azərbaycan Prezidenti İlham Əliyevin fanatı olduğunu etiraf edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, məşhur aparıcı Taker Karlsonun verilişində danışıb.
O, “Vikiliks” rəhbəri Assancla bağlı suala cavab verərkən, onun ətrafında baş verənləri inanılmaz adlandırıb.
O bildirib ki, Assancın xatırladılması BBC-nin susması üçün ən yaxşı üsuldur.
“O, jurnalistdir, bunun sizin üçün fərqi yoxdur, elə deyilmi? Siz tarixin dürüst və müstəqil olması ilə məşğul olursunuz. Bəs, niyə Assanc həbsxanadadır? Bu, çox maraqlıdır”, - deyə “qiyabi ittiham” səsləndirib.
“Onlar nə cavab verir” sualına isə “Onlar suallara cavab vermirlər, söhbətin mövzusunu dəyişməyə cəhd edirlər” deyib.
Daha sonra Teyt bu “dialoqu” Azərbaycan Prezidenti İlham Əliyevdən oğurladığını bildirib. Aparıcı isə “Mən bunu görmüşəm” (İlham Əliyevin məşhur müsahibəsi nəzərdə tutulur – red.) deyib.
Teyt isə “bu çox əla idi” deyə, ona dəstək verib.
Teyt bildirib ki, İlham Əliyevi şəxsən tanımır, ancaq onun kifayət qədər müsahibəsini izləyib və İlham Əliyev çox xoşuna gəlir.
Aparıcı isə “mənim də xoşuma gəlir” deyib.
Qeyd edək ki, sözügedən hissəyə geniş müsahibənin 2:11:50-ci saniyəsindən sonra baxa bilərsiniz.
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- Hacıqabulda sərnişin avtobusu aşdı - 30-dan çox yaralı var
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?