Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, sprinter 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək qızıl medal qazanıb.
Qeyd edək ki, L.Vəliyeva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olub.
Qeyd edək ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metr qaçışda isə qızıl medal qazanıb.
Bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib
- İngiltərə yarımfinalda! - Video-Yenilənib
- “100 olanda gəlib qeyd edəcəyik” - Prezidentin yaşlı qadına səmimi vədi - Video
- Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - Video