Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq.
Fondun sədri bu ilin əvvəlində həyata keçirilən 4-cü sosial islahat paketinə də diqqət çəkib.
Qeyd edib ki, 1,9 milyon nəfəri əhatə edən islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat olub. İslahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bu il sosial ödənişlərdə artımlar ümumilikdə 810 min nəfərə şamil olunub.
Himalay Məmişov əlavə edib ki, bu ilin yanvar-iyun aylarında 1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə birdəfəlik ödəniş təyin edilib.
- Badara sakinləri doğma yurdlarını yenidən dirçəldir - Video
- 17 nəfər maksimal bal topladı - DİM
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlandı
- Hasil Abbasov onu vəzifəsindən azad etdi
- Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
- Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
- 913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı