“Laçın” postunda saxlanılan Xocalı qatili Vaqif Xaçatryan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımlarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Xocalının Meşəbəyli kəndində 1991-ci ildə mülki azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın “Laçın” postunda yaxalanması və Bakıya gətirilməsi barədə qeyd ediib.
O bildirib ki, Xaçatryanın həbs edilməsini Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər:
“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçatryan həbs olunduğu kimi.
Soyqırım aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?