ABŞ Rusiyanın Nigerdəki çevrilişdə iştirakına dair heç bir sübut görməyib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Bu çevrilişin arxasında Rusiyanın dayandığına dair heç bir dəlil görmədik”, - Miller bildirib.
Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.
- Xoşbəxt olmaq üçün nələr lazımdır?
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi