Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar.
BUTA.TV xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, erməni lobbisi bu müraciət olmadan da Azərbaycana qarşı fəaliyyətinə ara verməmişdi:
“Belə ki, erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff Feysbuk səhifəsində Ağ Evi “artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. A.Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatlar verir. Ancaq ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Mörfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. Bu təxribatın başında da senator Robert Menendez dayanır.
Bizim üçün önəmli olan ABŞ-ın dövlət strukturlarının mövqeyidir. Bu strukturlar Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləyirlər. Buna baxmayaraq, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. Görəsən, nə vaxtsa heç olmasa bir konqresmenin və ya senatorun Azərbaycanın ərazi bütövlüyünün təminatının vacibliyi ilə bağlı açıqlamasını eşidəcəyik? Bu sual həm də ABŞ-dakı səfirliyimizə və bu ölkədəki diaspor təmsilçilərimizə aiddir”.
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib