"FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər"
BUTA.TV xəbər verir ki, bu fikirləri "Report"a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, FETÖ sıradan bir terror təşkilatı deyil:
"Çünki onun hədəfi hansısa kiçik məqsədlər yox, bir ölkədə öz "müridləri" vasitəsilə hakimiyyəti ələ keçirməkdən də böyükdür. Yəni, FETÖ terror təşkilatının hədəfi bir milləti dövlətsizləşdirmək və lidersizləşdirmək, bir dini insanların zehninə "fetöçülük" kimi yenidən həkk etməkdir. Dolayısı ilə FETÖ-nün vəzifəsi sivilizasiyaların qarşıdurması kontekstində İslam sivilizasiyasını məhz İslamın öz dəyərlərini ona qarşı silaha çevirməklə sıradan çıxarmaqdır".
O bildirib ki, FETÖ-nün Azərbaycana vura biləcəyi ziyanın miqyası təsəvvür edilməyəcək qədər böyükdür:
"Biz 15 iyul hadisələri vaxtı bu terrorçu təşkilatın nəyə qadir olduğunu qardaş Türkiyənin timsalında gördük. Türkiyə Cümhuriyyəti az qala mövcudluğunu itirəcəkdi. Bu baxımdan FETÖ-Qubad İbadoğlu-Mübariz Mənsimov üçbucağı dövlətçiliyimiz üçün olduqca ciddi təhlükə mənbəyi ola bilər. Çünki bu üçbucaq həm ictimai şüuru hədəfə alan dağıdıcı ideologiya, həm manipuliyativ siyasi müdaxilə, həm də onların fəaliyyətini dəstəkləyəcək ciddi maliyyə üçbucağıdır. Ona görə də bu terror vasitələri dərhal zərərsizləşdirilməlidir".
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı