Seldən sonra yeraltı kanalizasiyaya ekskursiya zamanı yoxa çıxan qadın və kişinin cəsədləri Moskva çayında tapılıb.
BUTA.TV xəbər verir ki, TASS məlumat yayıb.
Məlumata görə, ekskursiya qrupunda 8 nəfər olub və hazırda qalanlarının axtarışı aparılır.
“Bir gün əvvəl 8 nəfərlik qrup yeraltı kanalizasiyaya ekskursiyaya çıxıblar. Bir müddətdən sonra güclü yağış və sel başlayıb və onlarla əlaqə də itib. Hazırda Moskva çayında təxminən 40 yaşlı kişi və bir qızın meyiti tapılıb. Onların şəxsiyyətləri müəyyən edilir”, - məlumatda qeyd olunub.
Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
Bildirilib ki, kollektorda qalanlar arasında 15-17 yaşlı yeniyetmələr də var:
“İlkin ehtimala görə, sel zamanı kollektorda suyun səviyyəsi qəfil qalxıb. Onların xilas olmaq şansı azdır. İtkin düşənlər arasında Rusiyanın ən böyük İT şirkətlərindən birinin əməkdaşının qızı və yaxın qohumu da var”.
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina İngiltərəyə qarşı - Canlı-Yenilənir
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi
- Nazir onu təqaüdə göndərdi - Yeni təyinat
- Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq