“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevi cərimələyib.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun cari avrokuboklar mövsümündə yol verdiyi səhvlərdir.
Belə ki, dağıstanlı kiper Çempionlar Liqasında “Rakuv”la keçirilən üçüncü təsnifat mərhələsinin Polaşadakı ilk oyununda, həmçinin HİK-lə Finlandiyada baş tutan Avropa Liqasının 3-cü raundunun cavab qarşılaşmasında kobud xətalarla yadda qalıb.
“Şah”ın bir-birinin ardınca yanlışlıqlara yol verməsi baş məşqçi Qurban Qurbanovu hövsələdən çıxarıb.
Təcrübəli mütəxəssis “əlcək sahibi”ni möhkəm danlamaqla yanaşı, onun böyük miqdarda cərimələnməsinə dair rəhbərliyə raport yazıb. Son vaxtlar azarkeşlərin əsəblərini tarıma çəkən Məhəmmədəliyevin “Olimpiya “ ilə Avroliqanın pley-off mərhələsinin Sloveniyada keçirilən ilk görüşündə ehtiyatda qalması da bu gedişatla bağlıdır.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio