Krımda, Yevpatoriya yaxınlığındakı hərbi hissələrdən birində 14 rus əsgərinin meyiti tapılıb.
BUTA.TV Ukrayna mediasına istinadən xəbər verir ki, hərbçilər yatarkən bıçaqlanaraq öldürülüblər.
"Mənbələrin məlumatına görə, hərbçilər yuxuda həlak olublar - naməlum diversantlar bəzilərini ürək nahiyəsindən zərbələr endirərək öldürüblər, bəziləri isə boğazlarını kəsiblər. Onların mühafizəçilərdən yan keçərək kazarmalara necə girdiyini heç kim anlamır. Ehtimal edilir ki, eyni diversantlar Sevastopolda olduğu kimi növbəti hadisəni törədiblər. Onların axtarışları davam etdirilir”, - məlumatda deyilir.
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib