Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.
BUTA.TV-ın məlumatına görə, yük yerində 3 ton ot bağlaması olan "ZİL" markalı avtomobildə yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib