Təyyarədə Priqojin və Utkinin meyitləri olub. Onlar qəzadan xeyli əvvəl öldürülüblər. Onların meyitləri təyyarədəki soyuducuda olub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.
“Priqojini həbs etdilər, işgəncə verdilər, daha sonra öldürdülər”, - Jirnov bildirib.
Onun sözlərinə görə, Priqojin qiyamdan dərhal sonra öldürülüb, tərəfdaşlarını sakitləşdirmək üçün saxta foto və videolarını düzəldiblər:
“Onun Belarusdakı bütün çəkilişləri gecə aparılıb və orada onu müəyyən etmək çətindir. Səsi isə müasir texnikanın köməkliyi ilə düzəltmək asandır. Onun sonuncu dəfə Afrikadakı videomüraciəti də saxtadır. Fikir verin, 50 dərəcə istidə, tam təchizatda onda bir damcı da tər yoxdur, heç dərisi də parlaq deyil”.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı