Bu gün səhər İrəvandan Qafana uçan təyyarə reysi yerinə yetirilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarə İrəvandakı “Zvartnots” hava limanından qalxıb, amma Qafana enməyi barədə informasiya yoxdur.
Hətta “Zvartnots” hava limanından da təyyarənin enməsi barədə məlumat verilməyib.
“Hava limanından açıqlama verildi ki, təyyarə “Zvartnots”dan havaya qalxıb, amma eniş edib-etmədiyini deyə bilmirlər, amma uçuşun 1 saat çəkdiyini və təyyarənin eniş etdiyini güman edirlər”, - məlumatda qeyd olunub.
Mətbuatın yazdığına görə, təyyarə pis görüntü səbəbindən Qafana enə bilməyib və yenidən İrəvana qayıdıb. Ancaq İrəvana enməsi barədə də xəbər yoxdur.
Qeyd edək ki, Ermənistan “İrəvan-Qafan” təyyarə reysini daimi etmək üçün çalışır.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı