Çeçenistan Müsəlmanları Ruhani İdarəsi regionda “Toy şənliklərinin keçirilməsinin məcburi normaları”nı təsdiq edərək, islam və çeçen adətinə uyğun gəlməyən hərəkətləri qadağan edib.
BUTA.TV xəbər verir ki, qaydalar Çeçenistan rəhbəri Ramzan Kadırovun tapşırığı ilə tətbiq olunub.
Məlumata görə, 50 min rubl dəyərində başlıq pulu, çay, qənd və qoç çeçen adətlərinə uyğun olaraq dəyişməz qalır.
Yeni qaydalara görə, gəlinlik islam tələbləri və çeçen adətlərinə uyğun olmalıdır.
Bundan başqa, bəyə, qayınataya, qayınanaya və digər qohumlara bahalı hədiyyələr qadağan olunub. Amma gəlinin çamadanlarının sayı dəyişməz qalıb.
Toy mərasimi zamanı brilyant üzük, şuba, məişət texnikası, mənzil vermək qadağan edilir.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı