Ermənistanla Fransa arasında münasibətlərin səviyyəsi dəyişir.
BUTA.TV xəbər verir ki, bu barədə erməni ekspert Kayts Minasyan yerli mediaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın humanitar və mədəni səviyyəsindən hərbi-siyasi və iqtisadi əməkdaşlıq səviyyəsinə keçid prosesi müşahidə edilir:
"Bu, çox vacibdir", - o bildirib.
Politoloq hesab edir ki, Fransanın Mərkəzi Asiya, Cənubi Qafqaz, istərsə də Avropa kimi dünyanın müxtəlif regionlarında təsirini saxlamağa kömək edəcək xarici tərəfdaşları olmalıdır.
“Fransa Ermənistanla yaxşı münasibətlərini nəzərə alaraq, regionda mədəni təsirini gücləndirməyə çalışır”, - o əlavə edib.
Minasyan qeyd edib ki, Ermənistan və Fransanın dövlət başçıları səviyyəsində də yaxşı münasibətləri var.
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto
- Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi