Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə bölgədə yaşayan ermənilər üçün nəzərdə tutulan 40 ton un məmulatının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq, sadəcə, bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq prosesin uğurla nəticələnəciyi təqdirdə separatçıların və Fransa kimi ölkələrin heç bir bəhanəsinin qalmayacağını bildirib:
“Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan erməniilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək”.
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto
- Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi