Kreml hesab edir ki, Rusiyada Priqojinin öldürülməsindən sonra yeni hərbi qiyam təhlükəsi yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Moskva Tayms” Kremldəki iki mənbəyə istinadla məlumat yayıb.
“Moskvanın 200 km-liyinə yaxınlaşan tanklar 20 ildən çox hakimiyyətdə olan Vladimir Putində silinməz izlər buraxdı. Priqojin nəinki ordu komandanlığına etiraz etdi, həm də prezidentin şəxsi əmrinə tabe olmadı və buna görə də rejim üçün təhlükə kimi tanındı. Priqojinin mirası Ukrayna, Afrika və Yaxın Şərqdə döyüş təcrübəsi olan, Teleqram kanalları və siyasi texnoloqların media imperiyası tərəfindən dəstəklənən hərbi hissələrdir. İndiki vəziyyətdə Kreml “Vaqner”i saxlaya bilməyəcək. Vaqnerçilərin əksəriyyəti Priqojinin ölümündə hakimiyyəti günahlandırırlar, hakimiyyət də belə riskləri kənara itələyə bilməz. Putin gələcəkdə böhranın təkrarlanmaması üçün “Vaqner”ə daha möhkəm nəzarət etmək istəyir”, - məlumatda vurğulanıb.
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq
- Ucarda hemodializ alan 56 yaşlı şəxs müalicə zamanı öldü
- Əlilliyi olan 7424 şəxsə 297 min reabilitasiya vasitəsi verilib
- Sabah hava necə olacaq?
- ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto
- Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi