Prezident İlham Əliyev dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.
Siyahıya “Azərbaycan Beynəlxalq Bankı” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” və “Aztelekom” MMC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QSC-lər, Dövlət Neft Şirkətinin strukturuna daxil olan "Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu daxildir.
- Baharlıda mina təhlükəsinə dair maarifləndirmə sessiyası...
- ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
- Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
- Sırskidən Fedorovun vəzifədən azad edilməsinə - Reaksiya - Yenilənib
- Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
- Əməkdar jurnalist komaya düşdü
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı