Bakının rəsmiləri və Xankəndi nümayəndləri dərhal görüşüb “Dağlıq Qarabağ” sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməlidirlər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, ABŞ “Dağlıq Qarabağ”da əhalinin layiqli həyat səviyyəsini təmin etmək üçün zəruri olan ərzaq, dərman və digər malların tədarükünün davamlı olaraq dayandırılması nəticəsində yaranan “humanitar vəziyyət”in pisləşməsindən dərin narahatdır:
"Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik. Bundan əlavə, Bakıdan rəsmilər və Xankəndi nümayəndələri dərhal bir araya gələrək, “Dağlıq Qarabağ”ın kişi, qadın və uşaqlarına həyati əhəmiyyətli ləvazimatların çatdırılması yollarını razılaşdırmalı və və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etməlidir”.
Onun sözlərinə görə, son həftələr ABŞ “Dağlıq Qarabağ”a humanitar yardımın çatdırılmasını təmin etmək üçün tərəflərlə davamlı əməkdaşlıq edir:
"Əsas humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir".
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi