Avqustun 31-də yazıçı, müəllim və inqilabçı Səməd Behrənginin anım günündə onun Təbrizdəki İmamiyyə qəbristanlığında yerləşən məzarında Azərbaycan bayrağı asılıb.
Kult.az xəbər verir ki, bu barədə güneyli milli-mədəni fəallar məlumat yayıblar.
Bildirilib ki, Səməd Behrəngi həyatını Azərbaycan dili və mədəniyyətinin qorunmasına, azərbaycanlı uşaqların savadlanmasına həsr edib, İranın keçmiş və indiki hakimiyyətləri isə onun əməyinin dəyərləndirilməsinə imkan verməyiblər.
"Səməd Behrənginin qısa ömrü Azərbaycanla bağlı olub. Buna görə onun anım günündə məzarı üstündə müstəqil Azərbaycanın bayrağının asılması əlbəttə ki, Behrənginin ruhunu sevindirəcək", - fəallar yazıblar.
Qeyd edək ki, Səməd Behrənginin doğum və anım günlərində yazıçının məzarı üstündə toplaşmağa, dinc mədəni tədbir keçirməyə icazə verilmir.
Bundan əvvəl, onun məzarını ziyarət edən onlarla mədəniyyət xadimi və mədəni fəal həbs edilib.
- Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - Video
- “Zirə” “Torpedo”ya qarşı - Canlı-Yenilənir
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutuldu
- Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət etdi
- Sabah çimərliklərdə hava necə olacaq?
- İlham Əliyev Donald Trampa təşəkkür etdi
- Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi