Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
“Dağlıq Qarabağ”dakı vəziyyət həmişə “Dağlıq Qarabağ hakimiyyəti”nin nəzarətində olub. Ən azı 2018-ci ildən bəri belədir. Və bu gün də Dağlıq Qarabağdakı vəziyyətə “Dağlıq Qarabağ”dan seçilmiş nümayəndələr nəzarət edir, orada Rusiya sülhməramlıları da var.
Söhbət tamamilə fərqli bir şeydən gedir. Əgər Ermənistan və Azərbaycan Almatı bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımazsa, bu, heç vaxt sülhün olmayacağı anlamına gəlir”, - deyə Nikol Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasından bəhs edən Paşinyan “Dağlıq Qarabağ hakimiyyəti” sözləri ilə öz-özünü təkzib edir.
- Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı
- İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...
- Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar
- Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı
- Rusiyadan imtina edib Azərbaycandan alacağıq - Matevosyan
- Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video
- Putin İradə Zeynalovaya rütbə verdi