Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi Moskva və İrəvanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması və münaqişənin yekun həlli prosesini pozmağa yönəlmiş razılaşdırılmış hərəkətlərinin nəticəsidir.
BUTA.TV xəbər verir ki, bunu tanınmış rus jurnalisti, tarixçisi və yazıçısı Sergey Verevkin Haqqın.az-a müsahibəsində deyib.
Rusiya sülhməramlılarının Ermənistandan Qarabağ separatçılarının yerləşdiyi yerə silah aparması ilə bağlı videogörüntülərə münasibət bildirən Verevkin qeyd edib ki, onlar Kremlin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı siyasətini kifayət qədər tam şəkildə nümayiş etdirir:
“Aydındır ki, İrəvanla Bakı arasında münasibətlərin nizamlanması Moskva üçün sərfəli deyil. Cənubi Qafqazdakı münaqişədən Ermənistana təsirini gücləndirmək və qarşıdan gələn seçkilərdə 600 minlik erməni diasporunun səslərini manipulyasiya etmək üçün istifadə edən Fransa kimi”.
Verevkinin sözlərinə görə, ümidsiz vəziyyətə düşən Ermənistan hakimiyyətinə yalnız 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli sazişlərin hərfinə cavab verən Azərbaycan şərtlərini qəbul etmək qalır:
“Nikol Paşinyan diş qıcayaraq Azərbaycanın hamılıqla tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa məcbur olub. İndi isə həyat reallıqlarının təzyiqi altında Ermənistan rəhbərliyi üçtərəfli sazişin şərtlərini yerinə yetirməli, Zəngəzur dəhlizini açmalı və Azərbaycanla hərtərəfli sülh sazişi bağlamalıdır. Bu, Ermənistan üçün çətin prosesdir, çünki o, son otuz ildə ictimai şüurda becərilən “Dənizdən dənizə Ermənistan” və digər müxtəlif miflərlə vidalaşmalı olacaq. Təsadüfi deyil ki, xəyalpərəst xəyallardan qurtulmaq, Azərbaycanla sülh sazişinə doğru irəliləmək prosesi belə çətinliklə gedir. Buna baxmayaraq, proses gedir və hətta Ermənistan-Azərbaycan sülh nizamlanmasının əleyhdarları da bu faktı inkar edə bilmirlər”.
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto