Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabındakı paylaşımında bildirib.
O, "Ukraynanın müdafiə nazirini dəyişməyə qərar verdim. Aleksey Reznikov 550 gündən çox davam edən genişmiqyaslı müharibəni yaşadı. Hesab edirəm ki, nazirliyin həm orduya, həm də cəmiyyətə qarşı yeni yanaşmalara və yeni qarşılıqlı fəaliyyət formalarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov rəhbərlik etməlidir”, - deyə bildirib.
Zelenski parlamentin qətnaməni dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Aleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziridir.
Rüstəm Umerov 1982-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı olub. Krım tatar türk xalqının lideri və Ukrayna deputatı Mustafa Əbdülcəmil Kırımoğlunun müşaviri olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun sədri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
Prezidentin Məşvərət Şurasının Ukraynanın ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqəsi üzrə komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupundadır.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video