09:08
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında xeyli mövzu müzakirə olunub. Bizi maraqlandıran prezidentlərin Azərbaycan-Ermənistan gərginliyi ilə bağlı nələri müzakirə etmələridir. Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında “Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik” cümləsini işlədib. Bu cümlədən çıxan nəticə budur ki, bizim məsələ ilə bağlı qısa fikir mübadiləsi olub.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə Prezidenti NATO-nun son Vilnüs zirvə toplantısında Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər tərk edəcəyinə inandığını bildirmiş və Putinin bununla bağlı vədini xatırlatmışdı. Fikrimcə, Ərdoğan Rusiyanın 9 noyabr (10 noyabr) 2020-ci ilə razılığının şərtlərinə sadiq qalacağına inandığını bir daha Putinin diqqətinə çatdırıb. Putinin bu mövzuda nə düşündüyü hələ bizə bəlli deyil, 2025-ci ilə isə az müddət qalıb”, - deyə ekspert bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video