BMT baş katibi Antonio Quterreş Rusiyanın SVİFT-lə birbaşa əlaqəsi olmadan taxıl sazişində iştirakı üçün vasitəçilik mexanizmini təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın iki xüsusi tələbi var. Onlardan biri “Rosselxozbank”ın SVİFT sisteminə qoşulmasıdır. Hazırda Rusiya bankları sanksiyalara görə SVİFT sistemində iştirak etmir. Bu ölkə ildə 120-130 milyon ton taxıl ixrac edir. Cənab Putin mətbuat konfransında dedi ki, satışın davam etməsi üçün iki şey baş verməlidir. Birincisi, satış nəticəsində pulu almalıdırlar, ikincisi, daşıma üçün istifadə olunan gəmilər sığortalanmalıdır. Sanksiyalara görə Britaniyada yerləşən sığorta şirkəti gəmiləri sığortalamır. Rusiya banklarının SVİFT sistemindən çıxarılması səbəbindən pul köçürmələri yoxdur və ruslar bunların hər ikisini şərt kimi irəli sürürlər. Avqustun 28-də göndərdiyi məktubda BMT-nin baş katibi Quttereş rusların istədiyi kimi birbaşa deyil, SVİFT əməliyyatı nəticəsində yaranacaq vasitəçilik mexanizmini təklif edib. Onlar sığorta məsələsi ilə də məşğul olduqlarını bildiriblər.
Ancaq həm SVİFT, həm də sığorta məsələsində Qərb Rusiyaya qarşı çox fərqli bir baxış nümayiş etdirir. Putin də deyir ki, “onlar mənə qarşı öhdəliklərini yerinə yetirmirlər və ona görə də bu məsələdə onlarla birgə fəaliyyətin içində olmayacağam”. Taxılın isə 44 faizi Avropaya, 14%-i Afrikaya gedir. Putin də deyir ki, "Avropa onsuz da mənə düşmənçilik edir. Avropa vədlərini yerinə yetirməyincə bu məsələdə heç bir addım atmayacağam". Amma hələlik o, 6 ölkəyə 1 milyon ton taxıl göndərməyi düşündüyünü dedi”, - Ərdoğan bildirib.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video