Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik. Digər ölkələr məsələnin həllinə kömək etməyəcəklər. Bu, BMT Təhlükəsizlik Şurasından aldığımız əsas mesajdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ərəb Nyus”a müsahibəsində deyib.
O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməsinin illərlə icra olunmamasına diqqət çəkib:
“BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Qarabağla bağlı 4 qətnamə qəbul edib və bu qətnamələrlə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edib. Ancaq təəssüf ki, bu qətnamələr illərlə kağız üzərində qaldı, icra olunmadı. Keçmiş Minsk qrupunun həmsədrləri də BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün lazımi səyi göstərmədilər. Lakin təəssüf edirəm ki, indi, 30 ildən sonra BMT Təhlükəsizlik Şurası regionumuzdakı məsələləri müzakirə etməyə başlayır. Maraqlıdır, Təhlükəsizlik Şurasında avqustun 16-da səsləndirilən bəyanatların nəticəsi nədir?”
Hikmət Hacıyev məsələnin həllinin məhz iki ölkədən - Ermənistan və Azərbaycandan asılı olduğunu vurğulayıb:
“Fikrimcə, artıq müəyyən həddi aşıblar. Bununla bağlı hər kəs eyni fikri bölüşür, belə ki, məsələ Vaşinqtonda, Brüsseldə və ya başqa bir yerdə deyil, məhz yerində həll olunmalıdır. Açar iki ölkədə - Ermənistan və Azərbaycandadır. Biz həll yolu tapmaq üçün bir-birimizlə danışmalıyıq. Qarabağ erməniləri Azərbaycan sərhədləri daxilində yaşayırlar, başqa yol yoxdur”.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video